4K görüntü imkanı
4K — Kinematoqrafiya məqsədləri üçün bazara təqdim olunan ilk 4K kamera, 2003-cü ildə bazara buraxılan Dalsa Origin-di. 4K texnologiya, Kaliforniya Universiteti, San Diego, CALIT2, Keio Universiteti, Dəniz Yüksək Lisenziya Məktəbi və 2004-cü ildə IGrid və CineGrid kimi məkanlarda müxtəlif nümayişlər gerçəkləşdirən dünyadakı Universitetlərdəki müxtəlif araşdırma qrupları tərəfindən inkişaf etdirilmişdir.
Rəqəmsal film ən-boy dərəcəsi piksel görüntü imkanı dərəcəsinə görə dəyişir. Rəqəmsal filmlərdəki ilk yüksək görüntü imkanı standartlarından biri 4K'dır. Xüsusilə komputer oyunlarının inkişafında 4K standartının böyük qatqısı olmuşdur.
Ultra High Definition (UHD), 3840 x 2160 piksel və yuxarı görüntü imaknına verilən addır. Bir UHD monitor, bir Full-HD monitorun dört qatı görüntü imkanı təmin edir. Şaquli görüntü imkanı piksel sayısı (3840) səbəbi ilə kinematoqrafiya 4K standartı ilə qarşılaşdırılaraq "4K" ilə sinonim işlədilir. UHD'nin 4K, 5K, 8K və 10K törəmələri PC monitorlarında işlədilməkdədir.
iyul 2010'da YouTube 4K formatındakı videoların yüklənməsinə qismən olsa da icazə vermişdir.